Pivə insidenti

Ötən gecə, üç gündən sonra Niderland çempionatının 30-cu turunun “Qroningen” – NEK Neymegen” (0:1) matçına nəhayət ki, yekun vurulub.

Komanda.az xəbər verir ki, komandalar ilk olaraq aprelin 22-də üz-üzə gəlib. Amma sonra 20 dəqiqə belə, oynamayıblar.

Birinci hissədə azarkeşlərdən biri köməkçi hakimin üstünə plastik stəkan pivə atıb. Baş hakim Riçard Martens oyunu dərhal dayandıraraq, komandaları meydandan kənarlaşdırıb. Oyun bərpa edilməyib.

Asayişi pozan şəxs qısa müddətdə saxlanılıb. O, yanında əyləşən azarkeşlər tərəfindən ələ verilib. Hətta onlardan biri onun üzünə sillə də vurub. Niderland mətbuatının məlumatına görə, 18 yaşlı azarkeş Belçikadan gəlib. O, bazar günü həbs edilib və sərbəst buraxılıb. Ona qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmır.

Pivə hadisəsi bazar günü – PSV – “Ayaks” (3:0) oyunu zamanı da təkrarlanıb. Amma bu dəfə tribunadan atılan stəkan heç kimə dəyməyib. Matçda cəmi 15 dəqiqə fasilə yaranıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button