Pirlonun Türkiyə klubunda qeyri-adi məşqləri

Türkiyənin “Fatih Karagümrük” klubunun çalışdırıcısı Andrea Pirlo yeni komandası ilə işə başlayıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolçuları yeni texnikaya fəal şəkildə öyrədir. O, oyunçuların məşq etməsini daha maraqlı etmək üçün hazırlıq zamanı tez-tez musiqini açır.

Türkiyə Super Liqası avqustun 7-də başlayacaq. “Fatih Karagümrük” ilk turda “Alanyaspor”la qarşılaşacaq.

Pirlo əvvəllər “Yuventus”u çalışdırıb. O, 2022-ci ilin iyunundan Türkiyə komandasının “sükanı arxasındadır”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button