Pirlo Portuqaliya komandasını çalışdıra bilər
“Yuventus”un sabiq futbolçusu və baş məşqçisi Andrea Pirlo karyerasını Portuqaliyada davam etdirə bilər.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, 42 yaşlı italiyalı mütəxəssis “Braqa”nın maraq dairəsindədir. Pirlonun təyinatı cari mövsümün sonunda baş tuta bilər.
Pirlo 2020-ci ilin avqustundan növbəti ilin mayınadək “Yuventus”un “sükanı arxasında” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin