Pirlo: “Mənim kifayət qədər problemim var”
“Sampdoriya”nın baş məşqçisi Andrea Pirlo Massimiliano Alleqrinin “Yuventus”un “sükanı arxası”ndan qovulmasından danışıb.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Pirlo hazırda bütün fikirlərinin öz komandasına yönəldiyini bildirib:
“Düşünürəm ki, indi bunu müzakirə etməyin vaxtı deyil. Mənim kifayət qədər problemim var, ona görə də, başqa klubu müzakirə etmək istəmirəm. Hazırda bütün fikirlərim komandama yönəlib”.
Alleqrinin qovulması mayın 17-də elan edilib. “Qoca sinyora” bu yaxınlarda İtaliya kubokunu qazanıb və ölkə çempionatında 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin