
Pirlo istefaya göndərilib?
“Sampdoriya”nın baş məşqçisi Andrea Pirlo istefaya göndərilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, amma İtaliya klubunun saytında 45 yaşlı mütəxəssisin istefası ilə bağlı heç bir açıqlama yoxdur.
“Sampdoriya” B Seriyasının ilk üç turunda cəmi bir xal toplaya bilib. Komanda hazırda ikinci divizionun turnir cədvəlində 19-cu yerdədir.
Andrea Pirlo ötən yaydan “Sampdoriya”nı çalışdırır. Onun komandası ötən mövsüm B Seriyasını 7-ci pillədə başa vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin