
Pioli onu “Milan”da istəmir
“Milan”ın yarımmüdafiəçisi Yasin Adli İtaliya klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun “qırmızı-qaralar”ın baş məşqçisi Stefano Piolinin planlarına daxil olmamasıdır.
Almaniya “Ayntraxt”ı (Frankfurt) fransalı futbolçunu transfer etməyi düşünür.
Adli 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində 6 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin