Piolinin son vaxtlar çox danışdığı futbolçu
“Milan”ın baş məşqçisi Stefano Pioli Şarl de Ketelare haqda fikirlərini bildirib.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, belçikalı futbolçunun zamana ehtiyac duyduğunu deyib:
“Son vaxtlar onunla çox danışırıq. Gəncdir, uyğunlaşmaq üçün zamana ehtiyacı var. Son vaxtlar müşahidə edirəm ki, o, fiziki cəhətdən yaxşılaşır. Əminəm ki, Şarl qarşıdakı matçlarda bizə qələbələr gətirəcək”.
Şarl de Ketelare 2022-ci ilin avqustunda “Milan”a keçib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin