“Pioli verdiyi vədlərə əməl etdi” – “Milan”ın futbolçusu
“Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç komandadakı çıxışını şərh edib.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, amerikalı futbolçu baş məşqçinin verdiyi vədlərə əməl etdiyini bildirib:
“Milan”da fürsət istədim və onu əldə etdim. Baş məşqçi Stefano Pioli verdiyi vədlərə əməl etdi. Təkcə meydanda oynamaq vaxtı baxımından deyil, həm də mənə münasibət baxımından”.
25 yaşlı futbolçu bu mövsüm “Milan”ın heyətində bütün yarışlarda 39 oyun keçirib, 12 qol vurub, 7 məhsuldar ötürmə edib.
“Milan” 29 oyundan sonra 62 xalla A Seriyasının turnir cədvəlində 2-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin