
Pioli Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır
“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli tezliklə Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ə rəhbərlik edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müqavilənin şərtləri ilə bağlı fəal danışıqlar aparırlar.
İtaliyalı çalışdırıcı daha əvvəl “Real”ın digər keçmiş forvardı Kərim Benzemanın çıxış etdiyi “Əl-İttihad”a rəhbərlik edə bilərdi. Lakin onunla “Əl-İttihad” arasındakı razılaşma uğursuzluğa düçar olub.
“Əl-Nəsr” bu yaxınlarda Luis Kastronu istefaya göndərib və Pioli hazırda klubun prioritet namizədidir.
Pioli ötən yay “Milan”dan ayrıldıqdan sonra işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin