Pioli Premyer Liqa klubunun təklifini rədd edib
“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli İngiltərə Premyer Liqasından gələn təklifi rədd edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis artıq bu yay “Nottingem Forest”dən təklif alsa da, maraq göstərməyib. Belə ki, o, daha cəlbedici bir iş tapacağına ümid edir.
59 yaşlı çalışdırıcı “Milan”ı tərk etməzdən əvvəl ingilis dilini öyrəndiyini və yeni çağırışa hazırlaşdığını etiraf edib.
Stefano Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırırdı. Onun bu komanda ilə əsas nailiyyəti 2021/22 mövsümündə A Seriyasında qalibiyyət olub.
“Nottingem Forest” ötən mövsüm Premyer Liqanı 17-ci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin