Pioli: “Həmişə Leaonun mənim kimi bir məşqçi ilə xoşbəxt olduğuna inanmışam”
“Milan”ın baş məşqçisi Stefano Pioli komandanın hücumçusu Rafael Leao ilə münasibətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pioli, Leaonun onun yanında xoşbəxt hiss etdiyinə inandığını bildirib:
“Mən həmişə Leaonun mənim kimi bir məşqçi ilə xoşbəxt olduğuna inanmışam. İndi buna daha çox əminəm”.
24 yaşlı portuqaliyalı futbolçu bu mövsüm A Seriyasında 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin