Pioli Jirunun qapıçı kimi oynamasının səbəbini açıqladı

“Milan”ın baş məşqçisi Stefano Pioli “Cenoa” ilə oyunun ardından qapıçı Mayk Maiqnanın meydandan qovulmasından sonra hücumçu Olivye Jirunun “qırmızı-qaralar”ın qapısında dayanmasının səbəbini açıqlayıb.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, Pioli, qapıda durmaq üçün Kristian Pulişiçlə Jiru arasında seçim etdiklərini deyib:

“Əvvəllər belə hal olmayıb. Kristian Pulişiç qapıya keçmək istəyirdi, amma biz ona boyunun qısa olduğunu dedik. Ona görə də, qapıya Olivye Jiru keçdi.

Matç zamanı çox qəribə şeylər oldu. Asan olmayacağını bilirdik, amma biz “sağ qaldıq”. Bu, mentalitetin, xarakterin və gücün qələbəsidir. Oyunçularımdan çox razıyam”.

“Milan” “Cenoa”nı 1:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button