
Pioli Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır
“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli işinə fasilə verməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcının yaxın günlərdə Səudiyyə Ərəbistanının “Əl-ttihad” klubunun baş məşqçisi olacağı gözlənilir. Klub müqaviləni çərşənbə günü başa çatdıra bilər.
Danışıqlar uğurla nəticələnsə, “Əl-İttihad” 58 yaşlı mütəxəssis üçün ilk xarici klub olacaq. Bu komandada Kərim Benzema və Nqolo Kante kimi futbolçular çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin