Pioli: “Heç-heçəyə nail ola bilərdik”


“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Roma”ya məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis ikinci hissədə komandasının xoşuna gəldiyini bildirib:

“Yaxşı oynadıq, amma əla deyil. İlk hissədə daha cəsarətli hərəkət etməliydik. Heç-heçəyə də nail ola bilərdik, amma qarşıda hələ bir oyun var. İnanıram ki, hər şeyi dəyişə bilərik. İkinci hissədə komanda xoşuma gəldi, amma daha çox risk etməliyik. Cavab oyununda komandanın xarakter nümayiş etdirəcəyini və qalib gəlmək iradəsini gözləyirəm”.

Cavab matçı aprelin 18-də Romada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button