
Pioli “Fiorentina”da – Rəsmi
“Fiorentina”nın yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub.
59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Pioli 2017-2019-cu illərdə də “Fiorentina”ya rəhbərlik edib. Onun son klubu “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin