“Pioli “Fiorentina” üçün zəmanətdir”

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli “Fiorentina”nın yeni çalışdırıcısı Stefano Piolininin işini yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin komanda üçün zəmanət olduğuna inanır:

“Fiorentina” ilə bağlı çox yaxşı hisslərim var. Mənə elə gəlir ki, transferlər müəyyən oyun üslubu üçün edilib. Pioli təcrübəsi, səriştəsi, bacarığı ilə klub üçün zəmanətdir. Mən “Fiorentina” ilə bağlı çox nikbinəm”.

İtaliya çempionatının yeni mövsümü bu həftəsonu başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button