Pioli: “Məyus olmaq heç nəyə yaramır”

“Milan”ın çalışdırıcısı Stefano Pioli Çempionlar Liqasının yarımfinalının “İnter”lə keçirilən cavab matçı haqda (0:1) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin qələbəyə layiq olduğunu deyib:

“Hər iki matçda futbolçularım meydançada əllərindən gələni etdilər. “İnter” qələbəyə layiq idi. Bu səbəbdən onları təbrik edirəm. Keçən il İtaliya A Seriyasını qazanan gənc komanda olduğumuzu nəzərə alsanız, yarımfinala qədər qət etdiyimiz yolu mənfi qiymətləndirməzsiniz.

Çempionlar Liqasında möhtəşəm mövsüm keçirdik. Yarımfinal mərhələsi, “İnter”ə məğlubiyyət… Məyus olmaq heç nəyə yaramır. Finala çıxmaq ümidimiz var idi. Təbii ki, məyusuq. Bu mövsüm çox şey öyrəndik”.

İki oyunun nəticəsinə əsasən, “qırmızı-qaralar” “İnter”ə 0:3 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

“Neradzurra”nın finaldakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button