Pikenin şirkəti fəaliyyətini dayandırdı
“Barselona”nın keçmiş futbolçusu Jerar Pikenin “Kosmos” şirkəti tennisdəki fəaliyyətini tamamilə dayandırıb.
Komanda.az “okdiario.com”-a istinadən xəbər verir ki, o, tennislə məşğul olan hər iki törəmə şirkəti – “Kosmos Tennis” və “Kosmos Menecment” agentliyini bağlayıb.
“Kosmos Tennis” Deyvis Kubokuna ev sahibliyi etmək üçün müqaviləyə xitam verildikdən sonra fəaliyyətini dayandırıb.
“Kosmos Menecment”in bağlanmasının konkret səbəbləri açıqlanmır. Eyni zamanda bildirilir ki, bu şirkətin rəhbəri Qalo Blanko artıq “72 Sports Group” agentliyində fəaliyyətə başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin