Pike: “Əminəm ki, “Barselona” hakimlərə pul ödəməyib”

“Barselona”nın keçmiş fubolçusu Jerar Pike kluba qarşı korrupsiya ittihamları haqda danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Pike bu barədə futbolçuların heç bir məlumatı olmadığını deyib:

“Əminəm ki, “Barselona” hakimlərə pul ödəməyib. Bir hakimi satın almaq istəyirsizsə, onda bunu etmək asandır – ona qara zərf verin. Siz Texniki Hakimlər Komitəsinin vitse-prezidentinə müraciət etmirsiz. Bunun heç bir mənası yoxdur. Məncə, bu hesabatlar daha çox məşqçilər üçündür. Futbolçuların heç bir məlumatı yox idi. Nə qədər ki, bizim “qızıl dövrümüzü” qaralamaq istəyirlər… Söhbət nə qazandığımızdan deyil, onun necə edildiyindən gedir. Hər şeyi nəzərdən keçirə bilərlər. Biz çox, çox yüksəkdə idik. Biz hakimlərdən asılı deyildik. Mən kluba güvənirəm”.

Fevralın 15-də “Barselona”nın vaxtı ilə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin vitse-prezidenti vəzifəsində çalışan Xose Mariya Enrikes Neqreyraya 1,4 milyon avro ödədiyi barədə məlumat yayılıb. Bundan əvvəl Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı Neqreyranın ödənişlərində mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button