Pike İtaliya klubuna keçə bilərmiş
İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike əvvəllər “Yuventus”a keçə biləcəyini deyib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu son qərarını evə gedəndə verdiyini bildirib:
“Barselona”ya qayıtmazdan əvvəl, “Mançester Yunayted”dəki son ilimdə “Yuventus”a keçə bilərdim. Amma evə gedəndə son qərarı verdim. Mən üç il “Mançester Yunayted”də keçirdim. 17 yaşımda kluba gəldim. O vaxt komandada liqanın bir neçə ən yaxşı mərkəz müdafiəçisi var idi: Vidiç və Rio Ferdinand. Biz Çempionlar Liqasını və Premyer Liqanı qazandıq, amma çox oynamadım”.
Pike “Mançester Yunayted”dən qayıtdıqdan sonra “Barselona”da 14 il keçirib və kataloniyalılarla mümkün olan bütün kubokları qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin