Pike yeni turnir təşkil edir

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike dünya futbolunun əfsanələri arasında dünya çempionatı təşkil etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turnir Kral Dünya Millətlər Kuboku adlanacaq. Yeni turnirin reklam çarxında “Barselona”nın hücumçusu Lamin Yamal və “Real”ın forvardı Vinisius Junior iştirak edib. Pike artıq İspaniyada karyerasını bitirən və hazırkı futbol ulduzlarından ibarət komandalar arasında yarışa başlayıb. Qarşılaşmalarda İker Kasilyas, Ronaldinyo, Çiçarito və digər futbolçular iştirak ediblər.

Pike demək olar ki, bütün karyerasını “Barselona”da keçirib. O, İspaniya millisində 102 oyun keçirib və 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button