
Pike karyerasını bərpa edir?
“Barselona”nın keçmiş futbolçusu Jerar Pike karyerasını bərpa edə bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 35 yaşlı sabiq futbolçu sahibi olduğu “Andorra” komandasında oynamaq istəyir. Bununla bağlı yeganə maneə İspaniya 2-ci liqasındakı maliyyə problemləridir.
Pike 2022-ci ildə karyerasını bitirib. O, 2018-ci ilin dekabrında “Andorra”nı satın alıb.
“Andorra” hazırda İspaniyanın 2-ci liqasında 29 xal toplayaraq, 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin