Pike Vinisiusla nəyi müzakirə edib?
“Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior İspaniyanın paytaxtında “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike ilə görüşüb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, tərəflər Krallar Liqası-media futbol liqası ilə bağlı məsələləri müzakirə ediblər. Bu turnirə Pike rəhbərlik edir.
Vinisius Pike ilə liqanın Braziliyada mümkün başlamasını müzakirə edib. Braziliya Krallar Liqasının prezidenti postunu “Milan”ın keçmiş braziliyalı futbolçusu Kaka tutacaq, Neymar isə sahibi olacaq.
24 yaşlı Vinisius İspaniya çempionatının cari mövsümündə 13 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin