“Real” qalib gələ bilməyəndə başqa mexanizmlərdən istifadə etməyə başlayır”
İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pike La Liqanın 22-ci turunun “Espanyol”la oyununda “Real”ın hakimlərin işindən şikayətinə münasibət bildirib.
Madridlilər həmin oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı keçmiş müdafiəçi bu hekayəni əvvəllər dəfələrlə yaşadıqlarını deyib:
“Biz bu hekayəni əvvəllər dəfələrlə yaşamışıq. 120 ildir ki, bununla yaşayırıq. Bu, “Real”ın üslubudur. Qalib gələ bilməyəndə başqa mexanizmlərdən istifadə etməyə başlayırlar. Həmişə belə olub. Bu, böyük təzyiq altında olacaq hakimlərə zərər verə bilər”.
İspaniya çempionatının 22 turundan sonra aktivində 49 xal olan “Real” turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin