
“Hər zaman demişəm, karyeramı “Barselona”da bitirəcəm”
“Barselona”nın müdafiəçisi Jerar Pike karyerası ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, karyerasını Kataloniya klubunda bitirəcəyini bildirib:
“Hər zaman demişəm, karyeramı “Barselona”da bitirəcəm. Özümü başqa komandada görmürəm. “Barselona”da deyil, başqa komandada oynasaydım, belə motivasiyam olmazdı”.
2008-ci ildən “Barselona”da çıxış edən ispan müdafiəçinin klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin