
PSJ Pikeni təəccübləndirib
“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike PSJ-nin hazırkı UEFA Çempionlar Liqasındakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu PSJ-nin “Liverpul”u məğlub etməsinə təəccüblənib:
“PSJ “Liverpul”u məğlub edəndə təəccübləndim. Luis Enrike əla iş görür. O, heyrətamiz məşqçidir və mənə “Barselona”da onun rəhbərliyi altında oynamaq nəsib olub. O, nə istədiyini dəqiq bilir. Komanda indi onun istədiyi kimi oynayır. Düşünürəm ki, PSJ Çempionlar Liqasının favoritlərindən biri olacaq”.
Parislilər Çempionlar Liqasının 1/4 finalında “Aston Villa” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



