Pike də oyun sayından narazıdır

İspaniya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Xerard Pike matçların sayının azaldılmasını təklif edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu oyunların sayının azaldılmalı olduğunu düşünür:

“Komandalar indi çoxlu oyun keçirir. Bir çox futbolçu buna görə zədələndiyi üçün bədbəxtdir. Qarşılaşmalar üç gündən bir keçirilir və futbolçuların dincəlməyə vaxtı yoxdur. Düşünürəm ki, matçların sayı azaldılmalıdır. Bunun üçün liqalar iştirakçıların sayını 20 komandadan 16 komandaya endirməlidir”.

Daha əvvəl bir çox futbolçunun hazırkı təqvimdən narazı olduğu bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button