Xavidən Pikeyə – “Mən istəyirəm ki…”

“Barselona”nın baş məşqçisi Xavi komandanın müdafiəçisi Jerar Pikeyə müraciət edib. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Pikeni növbəti mövsümdə də komandada görmək istəyir:

“Pike, mən istəyirəm ki, növbəti mövsüm üçün mənim komandamda olasan və yüzdə yüz gücünü verəsən”.

Xavinin futbolçuya növbəti mövsüm üçün planlarında olmadığını dediyi barədə xəbər yayılmışdı.

Pikenin Kataloniya klubunda qalmaq üçün hətta maaşının azalmasına da hazır olduğu bildirilir.

İspaniyalı müdafiəçi 2021/2022 mövsümündə”Barselona”nın heyətində 39 matçda iştirak edib və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button