Venger Messini “Arsenal”a aparmaq istəyirmiş

İspaniya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike vaxtı ilə “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin “İnter Mayami”nin hücumçusu Lionel Messini almaq cəhdindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə belə deyib:

“Səhv etmirəmsə, Venger Messini “Arsenal”a transfer etməyə cəhd etdi. Amma Arsen üçün heç nə alınmadı. Onun heç bir şansı yox idi”.

Messi karyerasının böyük hissəsini “Barselona”da keçirib. Daha sonra argentinalı futbolçu PSJ-də oynayıb, indi isə ABŞ-ın “İnter Mayami” klubunun oyunçusudur. 36 yaşlı forvard MLS-in bu mövsümündə 7 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button