PFL tender elan etdi
Peşəkar Futbol Liqası 2019/2020-ci illər futbol mövsümü üçün Premyer Liqanın titul sponsorluğu ilə əlaqədar tender elan edir.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Topaz”ın Azərbaycan Premyer Liqasına sponsorluğundan imtina etməsindən sonra qurum yeni sponsor axtarışındadır:
- Tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır
- Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün Premyer Liqanın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq.
- Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək.
Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək.
Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabr 2019-cu ildir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin