PFL rəsmisi: “İndi federasiya qərar verməlidir ki…” 

Xəbər verdiyimiz kimi, bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev bu gün keçirilən iclasla bağlı Komanda.az-a açıqlama verib:

“AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bugünkü iclas orada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı idi. Legioner limiti müzakirə olundu və klubların fikri öyrənildi. Bildiyiniz kimi, oyun qaydalarında da beş dəyişiklik olub. İndi federasiya qərar verməlidir ki, neçə dəyişiklik qalacaq. Üç-dörd dəyişiklik ola bilər. Bu məsələyə də klublar öz fikirlərini bildirdi. Digər məsələlər İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button