PFL rəsmisi “Barselona”nın oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada “Viktoriya” (Plzen) və İspaniya “Barselona”sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin 6-cı tur matçında UEFA nümayəndəsi olacaq.

Noyabrın 1-də oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button