
PFL rəsmisi UEFA tərəfindən təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin