
PFL rəsmisi Moldova klubunun oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada “Zimbru” və San-Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.
Qarşılaşma iyulun 20-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin