
PFL rəsmisi Millətlər Liqasının matçına təyinat alıb
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, PFL rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqasının seçmə mərhələsində keçiriləcək Sloveniya – Belarus matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 31-də Sloveniyada keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin