
PFL rəsmisi “Barselona”nın oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada “Viktoriya” (Plzen) və İspaniya “Barselona”sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin 6-cı tur matçında UEFA nümayəndəsi olacaq.
Noyabrın 1-də oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin