
PFL rəsmisi Avropa Liqası oyununa təyinat aldı
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Avropa Liqasının liqa yolu çərçivəsində keçiriləcək FCSB (Rumıniya) – “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 23-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



