PFL rəhbərliyi Ağdamda yol qəzasına düşdü
PFL rəhbərliyi Ağdam rayonunda mikroavtobusla qəzaya düşüb.
Komanda.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə sürücü Qafarlı və avtomibildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər. Mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir. İlkin məlumata görə, onlar dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçı üçün Xankəndiyə gedirmişlər.
Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) – Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;
Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) – Hər iki ayaq pəncəsinin əzilməsi;
Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) – L1 fəqərənin kompression sınığı;
Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) – Sağ diz oynaqğının əzilməsi;
Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) – Sağ diz nahiyə əzilməsi;
Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) – Burunun küt travması.
Bizi Facebook-da izləyin