
PFL prezidenti “Karvan-Yevlax” – “Qəbələ” matçında
Bu gün Azərbaycan Premyer Liqasının 2025/26-cı il mövsümünə start verilir.
İlk turun açılış matçında “Karvan-Yevlax” ev sahibi qismində Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edir.
Komanda.az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da var.
“Karvan-Yevlax” – “Qəbələ” matçı saat 17:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


