
PFL-in icraçı-direktoru Uels millisinin oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan – Uels oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



