PFL-in baş mühasibindən 22 manatlıq kitab

Peşəkar Futbol Liqasının baş mühasibi Xalid Cəfərovun “Mühasibat uçotu: Müxabirləşmələrin praktiki izahı” adlı kitabı satışa çıxıb.

Komanda.az xəbər verir ki, kitabda Milli Mühasibat Uçotunun Hesablar Planı ilə hər hesab üzrə əməliyyatların müxabirləşmə qaydaları əksini tapıb. Kitab həm mühasibatlıq üzrə biliklərini daha da genişləndirən, həm də mühasibatlığı yeni öyrənənlər üçün nəzərdə tutulub.

Kitabda konkret olaraq misallar üzrə əməliyyatların hesablar planı (3 rəqəmli) üzrə müxabirləşmələrdə təsviri və yekun əməliyyatlar təsvir edilib.

Kitabın satış qiyməti 22 manatdır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button