“PFL-in akkreditasiya vəsiqəsi ilə küçəyə çıxmaq olmaz!”
Bu gün “İdman” TV və Azərbaycan Radiosu ortaq yayımında “Extra Time” verilişinin növbəti canlı yayımı reallaşıb.
Komanda.az xəbər verir ki, İlkin Babanın qonağı Peşəkar Futbol Liqasının (PFL) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev olub.
Verilişdə Azərbaycan Premyer Liqasının bərpası, çempionatın yarımçıq dayandırılması ehtimalı və digər məsələlər müzakirə olunub.
*UEFA liqaları tez dayandırmaq istəmir.
*Qeyri-müəyyənliklər bizə problem yaradır.
*Klublarımız maddi problem yaşamır.
*Akkreditasiya iş vəsiqəsi deyil.
*Premyer Liqada komanda sayının artımı ehtimaldır.
*Klublarımız azarkeşsiz oyuna görə pul itirmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin