
PFL-dən 2-ci Liqa klublarına dəstək
Peşəkar Futbol Liqası (PFL) 2-ci Liqada çıxış edəcək klublara dəstək olur.
Qurumdan Komanda.az-a verilən məlumata görə, komandaların maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir kollektivə 2025/2026 mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.
Yeni mövsümdə 2-ci Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin