
PFL-də AFFA nümayəndəsi ilə görüş keçirildi
Bu gün Peşəkar Futbol Liqasında AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.
AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz bəyə xidmətlərinə görə təşəkkür edilib və hədiyyələr təqdim olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin