PFL-dən bu gün keçiriləcək oyunlarla bağlı bəyanat

Peşəkar Futbol Liqası bu gün Azərbaycan kubokunda, həmçinin 1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər Liqasında baş tutacaq oyunların təxirə salınıb-salınmayacağı ilə bağlı bəyanat yayıb.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada ümumi vəziyyətin nəzarət altında olduğu bildirilib.

“Bildiyiniz kimi, bu gün Azərbaycan kubokunda, I Liqa, II Liqa və Əvəzedicilər Liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək”, – bəyanatda vurğulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button