PFL-dən açıqlama: “Qarabağ” “qızıl”ına orda qovuşacaq
Azərbaycan Premyer Liqasının və 1-ci divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.
Komanda.az xəbər verir ki, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq. Bu barədə PFL-in saytı məlumat yayıb.
Premyer Liqada sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi 8-ci km stadionunda reallaşacaq.
Birinci divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşündə məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medalalrını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün 1-ci divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.
Bizi Facebook-da izləyin