PFL bombardirləri mükafatlandırdı

Azərbaycanın 1-ci Liqasında və Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, MOİK klubunun hücumçusu Elmir Rəhimzdə 17 qolla 1-ci Liqada, “Qəbələ-2”nin futbolçusu Sənan Ağalarov isə 30 qolla Əvəzedicilər Liqasında mövsümünün ən sərrast futbolçuları olublar.

Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsinin müvəqqəti icraçısı Elgiz Abbasov təqdim edib.

“Qəbələ-2” mövsümü 85 xalla 2-ci pillədə bitirib. MOİK isə 1-ci Liqada 49 xalla üçüncü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button