PFL Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirib
Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirilib.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunun “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” qarşılaşmalarından öncə futbolçular meydana bu il ilk dəfə məktəbə gedəcək uşaqlarla çıxıblar.
Əyinlərində məktəbli forması, çantası, əllərində Azərbaycan bayraqları olan gələcək məktəblilər xoş görüntü yaradıb, uzun illər unutmayacaqları anlar yaşayıblar. Daha sonra Azərbaycan Himni səsləndirilib.
Ardınca uşaqlar tribunaya qalxaraq valideynləri ilə birgə matçı izləyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin