PFL 2-ci Liqanın oyunlarını təxirə saldı

Peşəkar Futbol Liqası (PFL) 2-ci Liqanın sabah və birigün gün keçirilməli olan oyunlarını təxirə salıb.

Komanda.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb:

“Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq  Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button