
Keçmiş futbolçu elit xokkey liqasında debüt etdi
“Çelsi”nin keçmiş qapıçısı Petr Çex İngiltərə elit xokkey liqasında hazırkı çempion “Belfast Giants”ın heyətində debüt edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, çexiyalı keçmiş futbolçu zədəli qapıçı Tayler Beskorovaninin yerinə, oyunun bitməsinə 4 dəqiqə qalmış buz üzərinə çıxıb. Onun komandası 5:1 hesabı ilə qələbə çalıb.
Çex futbolçu karyerasını 2019-cu ilin yayında başa vurub. O, dördqat İngiltərə çempionudur, “Çelsi” ilə Çempionlar Liqasının və Avropa Liqasının qalibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin